Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 74 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.
Nazirlikdən bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 432 nəfərə çatıb.
Məlumata əsasən, ölkədə 9 205 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 683 971 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 10 282 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 556 785 nəfər təşkil edir.