Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 145 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 422 028 nəfər test edilib, 77 722 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 42 573 nəfər sağalıb.