Türkiyədə son sutka koronavirusa 68 minə yaxın yoluxma qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 167 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 392 438 nəfər test edilib, 67 857 yeni yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan56 256 nəfər sağalıb.