Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 137 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 382 888 nəfər test edilib, 54 724 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 26 561 nəfər sağalıb.