Ötən aprel ayı Türkiyədə son 53 ilin ən isti ayı olub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Məhməd Özhaseki deyib.
Onun sözlərinə görə, ölkə ərazisində ən yüksək temperatur 38,9 dərəcə olmaqla Şanlıurfanın Ceylanpınar ilçəsində qeydə alınıb.
Nazir həmçinin ötən ay ən aşağı temperaturun Kayserinin Sarız ilçəsində – 9,4 dərəcə müəyyən edildiyini bildirib.
Bundan əlavə, Türkiyə üzrə aylıq orta aylıq temperatur 16,6 dərəcə olub.