Türkiyədə şok: Azarkeş meydanda qapıçını vurdu – Video

Türkiyədə şok: Azarkeş meydanda qapıçını vurdu – Video

“Göztəpə” və “Altay” komandaları arasında keçirilən Türkiyə 1-ci Liqasının XV tur oyunu yarımçıq dayandırılıb.

AzerTimes-ın məlumatına görə, buna stadionda baş verən hadisələr səbəb olub.

Qarşılaşmada meydana girən azarkeş “Altay”ın qapıçısı Ozan Evrim Özençi əlindəki çubuqla vurub. 29 yaşlı qolkiper xəstəxanaya aparılıb.

Bundan əlavə, qonaq komandanın fanatlarının istifadə etdiyi pirotexniki vasitələrdən sonra iki tərəfdar ciddi xəsarət alıb. Onlar da xəstəxanaya çatdırılıblar.

Teqlər: