Türkiyədə rəsmi qeydiyyatdan keçmiş partiyaların sayı 151-ə çatıb.
AzerTimes xəbər verir ki, qeydiyyatla bağlı ölkənin Ali Məhkəməsinə müraciət edən partiyalardan sonuncusu, avqustun 21-də qeydiyyatdan keçmiş Respublika Maarifçilik Partiyası olub.
Üstəlik, təkcə cari ayın əvvəlindən Türkiyədə dörd siyasi təşkilat yaradılıb. Ölkə parlamentində isə yalnız 14 partiya təmsil olunub.