Türkiyədə silahlı hücuma məruz qalan Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Can Ekiciler ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, o, müalicə aldığı xəstəxanada vəfat edib.
Məlumata görə, M.C.Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü idi.
Qeyd edək ki, sabiq deputat avqustun 18-də silahlı hücuma məruz qalıb.
Xatırladaq ki, 1993-cü il təvəllüdlü M.C.Ekiciler Türkiyə siyasətində kifayət qədər tanınan sima idi.