Türkiyədə silahlı atışma: 5 nəfər öldürüldü

Türkiyədə silahlı atışma: 5 nəfər öldürüldü

Türkiyənin İzmir şəhərinin Menderes rayonundakı kafelərdən birində baş verən silahlı insident zamanı 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, münaqişənin borc pul məsələsi üstündə baş verdiyi ehtimal edilir.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Teqlər: