Türkiyədə Qars-Ərzurum magistral yolunda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Trend yerli KİV-lərər istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəza naticəsində azı 3 nəfər həyatını itirib, daha 10 nəfər yaralanıb.
Bildirilir ki, qəzaya səbəb şaxtalı hava şəraiti və yolda məhdud görmə səbəb olub.
Hadisə yerində müvafiq qurumların əməkdaşları, o cümlədən xilasedicilər cəlb olunub.