Türkiyədə seldə ölənlərin sayı 31-ə çatıb.
AzerTimes-ın məlumatına görə, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub. Bartında isə itkin düşən bir nəfər axtarılır.
Hazırda 10 nəfər xəstəxanada müalicə alır. Bütün aidiyyatı qurumların canlı qüvvə və texnika vasitəsilə təxliyə, axtarış-xilasetmə əməliyyatlarını davam etdirdiyi bildirilir.