Türkiyədə seçkilər təxirə salınır? – Akşənər

Türkiyədə seçkilər təxirə salınır? – Akşənər

Seçkinin 14 mayda keçiriləcəyini düşünmürəm, hesab edirəm ki, iyunun 18-ə qalacaq.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər jurnalist Murad Yetkinin seçkilərlə bağlı sualını cavablandırarkən deyib.

Jurnalistin “TBMM seçkilərin keçirilməsini 1 il təxirə sala bilərmi” sualına partiya sədri belə cavab verib:

“Məclisdən belə bir qərar çıxacağını ehtimal etmirəm. Biz siyasətçilər seçkilərin keçirilməsi üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik”.

Teqlər: