Türkiyənin Diyarbəkir vilayətində seçki zamanı dava düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Diyarbəkirin Sur rayonun Ağaclıdərə məhəlləsində vətəndaşlar arasında baş verən mübahisə sonradan davaya çevrilib.
Dava zamanı 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə yerinə gələn iki təcili yardım maşını da daşa basılıb.
Əraziyə polis qüvvələri yeridilib.