Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçim Qurumunun sədri Əhməd Yener mediaya açıqlamasında deyib.
“Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram.
Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq”-deyə, o bildirib.