Türkiyədə prezidentliyə namizədlik üçün ərizələrin qəbulu martın 19-dan başlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, namizədlərin ərizələrinin qəbulu üçün 100 min imza toplaması vacibdir. Həmin imzalar 22-27 mart tarixlərində dairə seçki komissiyalarında toplanacaq.
Siyasi partiyaların prezidentliyə namizədliyi ilə bağlı son müraciət tarixi isə martın 23-dür.
Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də “Rəsmi Qəzetədə” dərc ediləcək.