Türkiyədə seçki: Azərbaycanda səsvermə başa çatdı

Türkiyədə seçki: Azərbaycanda səsvermə başa çatdı

Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarda Prezident seçkilərinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb.

AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Qeyd olunub ki, verilmiş səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib.

Səsvermə torbaları da diplomatik çantalara qoyularaq səfirlikdə saxlanılıb. Çantalar diplomatik kuryer vasitəsilə Türkiyəyə aparılacaq. Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs verib.

Azərbaycanda 11 043 nəfər, Bakı səfirliyində 7 417, Gəncə konsulluğunda 2 277, Naxçıvan konsulluğunda isə 1 349 seçici qeydiyyatdadır.

Azərbaycandakı türk seçicilərin 60,26 faizi birinci turda iştirak edib.

Teqlər: