Türkiyədə Rusiyanın iştirakı ilə Bakı-İrəvan sazişi… – “II Qars”?

Türkiyədə Rusiyanın iştirakı ilə Bakı-İrəvan sazişi… – “II Qars”?

Bölgədə marağı olan böyük güclər Ermənistana təzyiq etsə, ilin sonuna qədər sülh mümkün ola bilər. Amma Ermənistandakı tərəfdarlarını itirməmək üçün indiki ərəfədə onların bunu edəcəyinə şübhə edirəm.

AzerTimes xəbər verir ki, bu sözləri ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib.

“Türkiyə və Rusiyanın iştirakı olmadan sülh sazişinin imzalanması az inandırıcı və az təminatlıdır. İkitərəfli sülh sazişi imzalansa belə, istənilən vaxt asanlıqla pozula blər. Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir”, – o bildirib.

Qeyd edək ki, Qars müqaviləsi 1921-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstanla Türkiyə Böyük Millət Məclisi arasında Rusiyanın iştirakı ilə imzalanıb.

Teqlər: