Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin Antalya vilayətində turistləri aparan avtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, hadisə Manavqat rayonunda baş verib.
Qeyd olunur ki, xəsarət alanlardan 7 nəfəri rusiyalı turist olub. Avtobus yağışlı yolda döngədə idarəetməni itirərək aşıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı deyilir.