Türkiyəni Muğla vilayətinin Köyçeğiz ilçəsində rusiyalı turistləri daşıyan avtobus yük maşını ilə toqquşub.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində avtobus aşıb.
Ətrafdakı insanlar turistlərin köməyinə gələrək onları avtobusdan çıxarıblar.
Hadisə nəticəsində ölən olmayıb, turistlər yüngül xəsarətlərlə qəzadan xilas olublar.
Faktla bağlı araşdırma başladılıb.