Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədənlərindən birində torpaq sürüşməsi baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Torpaq altında qalanların olduğu bildirilib. Lakin hələlik dəqiq say haqqında rəsmi açıqlama yoxdur.
Əraziyə çoxlu sayda xilasedicilər göndərilib.