Türkiyədə qiyamçı polkovnik uzun zaman sonra ələ keçdi

Türkiyədə qiyamçı polkovnik uzun zaman sonra ələ keçdi

Türkiyənin İzmir vilayətinin Urla ilçəsi sahillərində polisin qayığa təşkil etdiyi əməliyyat zaman xaricə qanunsuz yollarla qaçmağa çalışan 8 nəfər yaxalanıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, Polşa bayrağı altında üzən “Gəzgin” gəmisində baş tutan əməliyyatda saxlanılanlar arasında qiyamçı polkovnik, FETÖ-çu Uzay Şahinin də olduğu məlum olub.

Bildirilib ki, Uzay Şahin çevriliş cəhdi gecəsi (2016-ci il, 15 iyul) Qəhrəmanmaraşdan İstanbula gələrək prosesdə aktiv iştirak etmişdi. Lakin qiyamın uğursuzluğu səbəbindən uzun müddətdir ki, hüquq-mühafizə orqanlarından gizlənməyi bacarmışdı.

Teqlər: