Türkiyədə qapalı məkanlarda maska taxmaq məcburiyyəti aradan qaldırılıb

Türkiyədə qapalı məkanlarda maska taxmaq məcburiyyəti aradan
qaldırılıb.

Trend-in
məlumatına görə, bunu Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi
Komissiyasının iclasının yekununda ölkə prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.

“Koronavirus tədbirləri çərçivəsində təxminən 3 ildir davam edən
qapalı məkanlarda maska taxmaq məcburiyyəti tamamilə aradan
qaldırılıb. Yalnız ictimai nəqliyyat vasitələrində və tibb
müəssisələrində maska taxmaq zərurəti gündəlik yoluxma sayı mindən
aşağı düşənədək davam edəcək”, – deyə R.T.Ərdoğan bildirib.

O qeyd edib ki, son bir neçə gün ərzində Türkiyədə gündəlik
yoluxma sayı 3 min həddindən aşağı düşüb.