Türkiyədə prezident seçkiləri: Daha 50 min gənc səs verəcək

Türkiyədə prezident seçkiləri: Daha 50 min gənc səs verəcək

Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda 50 min gənc ilk dəfə səs verə biləcək.

AzerTimes xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat paylaşıb.

Vurğulanıb ki, mayın 28-dək 18 yaşı tamam olacaq təxminən 50 min gənc seçici ilk dəfə seçkiyə gedəcək.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə 6 milyona yaxın gənc bu il ilk dəfə səs verib. İstanbulda 1 milyona yaxın gənc səsverməyə gedib.

Teqlər: