Türkiyənin Diyarbəkir vilayətində polis maşını partladılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Diyarbəkir-Mardin yolunda dayanmış vəziyyətdə olan bir avtomobil polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti maşın keçdiyi zaman partladılıb.
Hadisə nəticəsində 8 nəfər yaralanıb.
Məsələ ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, hadisənin törədilməsində şübhəli bilinən iki nəfər saxlanılıb.