Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin “Yeni Şafak” qəzeti “Tabuta sığmayanlar” videolayihəsi çərçivəsində azərbaycanlı şəhid general-mayor Polad Həşimova film həsr edib.
AzerTimes-ın məlumatına görə, videolayihənin P.Həşimova həsr olunmuş 104-cü buraxılışının rejissorları Samir Babaoğlu və Ender Çinar olub.
Filmdə şəhid generalın bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları onun haqqında xatirələrini bölüşüblər.
Qeyd edək ki, dekabr ayında layihənin 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmişdi.