Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə Səhiyyə Nazirliyi koronavirus infeksiyasına nəzarət üzrə təlimatlara dəyişikliklər edib.
AzerTimes-ın məlumatına görə, nazirliyin təyin etdiyi qaydalara əsasən, ölkədə koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edən şəxslərə karantin tətbiq olunmayacaq.
Vaksinin hər iki dozası ilə peyvəndlənmiş şəxslər digər xəstələrlə təmasda olsalar belə, karantin zəruri sayılmayacaq.
Bu qayda koronavirusun CAR və Braziliya variantlarına yoluxmuş şəxslərə şamil olunmayacaq.
Bundan başqa, koronavirusa yoluxub sağalmış şəxslərin növbəti 3 ay ərzində karantində qalması zəruri hesab olunmur.