Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı açıqlanıb

2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə Özbəkistan
kapitalı ilə 27 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin
eyni dövrü ilə müqayisədə yeddi şirkət azdır.

AzerTimes-ın xəbərinə görə, bu
barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB)
məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan
Özbəkistan şirkətlərinin sayı qismən azalıb, lakin onların ümumi
kapıtalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan
şirkətlərinin məcmu kapitalı 19,9 milyon türk lirəsi olduğu halda,
2021-ci ilin eyni dövründə bu rəqəm 2,9 milyon türk lirəsi təşkil
edib”- deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel
aylarında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (24)
qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi
kapitalı 19,6 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan
bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə
Özbəkistan kapitallı dörd istehsal, 13 topdansatış şirkəti
qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak
edir.