Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
38 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 211 068 nəfər test edilib, 9 021 yeni yoluxma
halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 10 312 nəfər
sağalıb.