Türkiyədə ötən sutka koronavirusa 87 934 yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 201 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 421 352 nəfər test edilib, 87 934 yeni yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 76 552 nəfər sağalıb.