Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19)
266 nəfər vəfat edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 438 553 nəfər test edilib, 76 632 yeni
yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 74 936 nəfər
sağalıb.