Türkiyədə ötən sutka koronavirusa 56 780 yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
189 nəfər vəfat edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 407 536 nəfər test edilib, 56 780 yeni
yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 68 268 nəfər
sağalıb.