Türkiyədə ötən sutka koronavirusa 50 minə yaxın yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
188 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 398 242 nəfər test edilib, 49 424 yeni
yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 66 873 nəfər
sağalıb.