Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
132 nəfər vəfat edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 371 684 nəfər test edilib, 34 343 yeni
yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 68 815 nəfər
sağalıb.