Türkiyədə ötən sutka koronavirusa 24 mindən çox yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
115 nəfər vəfat edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 333 196 nəfər test edilib, 24 614 yeni
yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 30 553 nəfər
sağalıb.