Türkiyədə ötən sutka koronavirusa 2 mindən artqı yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
15 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 127 253 nəfər test edilib, 2 277 yeni yoluxma
halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 15 947 nəfər
sağalıb.