Türkiyədə ötən sutka koronavirusa 19 mindən çox yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
123 nəfər vəfat edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 312 117 nəfər test edilib, 19 126 yeni
yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 20 274 nəfər
sağalıb.