Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
77 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 298 461 nəfər test edilib, 16 894 yeni
yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 19 553 nəfər
sağalıb.