Türkiyədə ötən sutka koronavirusa 13 mindən çox yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
45 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 265 362 nəfər test edilib, 13 367 yeni
yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 14 858 nəfər
sağalıb.