Türkiyədə ötən sutka koronavirusa 111 mindən artıq yoluxma qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 248 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 468 152 nəfər test edilib, rekord sayda – 111 157 yeni yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 83 536 nəfər sağalıb.