Türkiyə ölüm hökmünün ləğvi ilə bağlı 2004-cü il qərarına yenidən baxmağa hazırdır.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
“Prezidentin şərhləri bizim üçün göstərişdir. Biz nazirlik olaraq bunun üzərində işləməyə başladıq”, – nazir söyləyib.
Qeyd edək ki, ölüm hökmünün qaytarılmasının zəruriliyi ilə bağlı məsələni Türkiyə lideri Tayyib Ərdoğan ölkədə baş verən meşə yanğınları ilə bağlı bir daha qaldırıb.