Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücü Şahlar Kərimovun nəşi Azərbaycana yola salınıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu Feysbukda yazıb.
Qeyd edək ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində – Artvin şəhərinin Hopa-Kamalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 3 yük maşını qayaların altında qalmışdı. Ölən şəxs 99 HY 188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimov olub.