Türkiyədə növbəti kütləvi zəhərlənmə: 123 nəfər…

Türkiyədə növbəti kütləvi zəhərlənmə: 123 nəfər…

Türkiyənin Bolu vilayətinin Yuva kəndində əhali arasında kütləvi zəhərlənənlər arasında ilk ölüm halı qeydə alınıb.

AzerTimes xəbər verir ki, 49 yaşlı Əyüp Ərtəm müalicə olunduğu Ankara şəhər xəstəxanasında dünyasını dəyişib.

Ən son məlumata görə, Boluda sudan zəhərlənənlərin ümumi sayı 123 nəfərə çatıb. Onlardan 17-si reanimasiyada olmaqla 54 nəfər xəstəxanalarda müalicə olunur.

Zəhərlənmə hallarının son günlər bölgədə baş verən sel və daşqınlar nəticəsində içməli suyun mikroblarla çirklənməsi səbəbindən olduğu ehtimal edilir. Bildirilir ki, mövcud infeksiya böyrək çatışmazlığına və qanın normadan artıq laxtalanmasına səbəb olur.

Teqlər: