Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum bildirib.
O, erkən seçkilərlə bağlı çağırışları əsassız sayıb:
“Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək. O, Türkiyənin yeni mərhələlərə başlamasına liderlik edəcək. Kimsənin şübhəsi olmasın”.
Xatırladaq ki, R.T.Ərdoğan 2023-cü ildə keçirilən prezident seçkilərində qalib gəlib. Ölkədə növbəti seçkilərin 2028-ci ildə keçirilməsi nəzərdə tutulur.