Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.
AzerTimes xəbər verir ki, hadisə qazma işləri zamanı baş verib.
Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Partlayışa səbəb kimi həddən artıq qaz yığılması göstərilir.
Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı araşdırma başladılıb.