Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü

Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın olduğu maşın qəzaya düşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, nazir TUSAŞ terrorunda şəhid olan taksi şoferi Murad Arslanın dəfn mərasiminə qatılıb. Dəfn mərasimindən sonra terror hadisəsində yaralananları ziyarət etmək üçün xəstəxanaya yola düşən xanım Göktaşın olduğu maşın qəza törədib.

Zəncirvari qəza zamanı xanım nazir xəsarət almayıb.

Teqlər: