Cənubi Amerikadan Avropaya narkotik daşıyan beynəlxalq “Kompania Bello” adlı narkotik kartelinin lideri Dritan Rexhepi İstanbulda saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs interpol xətti ilə qırmızı büllitenlə axtarışda olub. Onun Türkiyəyə Benjamin Omar Perez Qarsiya adlı Kolumbiya pasportu ilə girdiyi deyilir.
İtalya polisi və Türkiyə polisinin birgə apardığı “Qartal əməliyyatı” zamanı Rexhepi Bəylikdüzündə saxlanılıb.