Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyədə koronavirusa yoluxanlar arasında iki nəfərdə “mu” ştammı aşkar edilib.
Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O xəstələr arasında əsasən “delta” və “delta plus” ştammlarının qeydə alındığını bildirib.
Nazir əlavə edib ki, ölkədə vaksinasiya səviyyəsi artdıqca, kollektiv immunitet yaranacaq və yoluxma sayı azalmağa doğru gedəcək: “Hazırda dünya ölkələri arasında ən çox peyvənd olunan 8-ci ölkəyik, Avropada isə Almaniyadan sonra ikinci yerdəyik”.
\