Türkiyə polisi İsrailin kəşfiyyat xidməti MOSSAD-a işləməkdə ittiham olunan 33 nəfəri saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində MOSSAD-ın Türkiyədə yaşayan əcnəbi vətəndaşlara qarşı hücum və qaçırma planlarının olduğu aşkarlanıb.
Ümumilikdə 8 əyalət olmaqla, 57 ünvanda əməliyyat keçirilib.
13 şübhəli şəxsin axtarışları isə davam etdirilir.