Türkiyədə MOSSAD casusu saxlanıldı

Türkiyədə MOSSAD casusu saxlanıldı

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın maliyyə agentləri sistemini idarə etməkdə şübhəli bilinən Kosovo vətəndaşını ifşa edib.

AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Türkiyə kəşfiyyatı avqustun 25-də Türkiyəyə daxil olan Kosovo vətəndaşı Liridon Rəcəbini izləyib:

“Rəcəbi avqustun 30-da İstanbul polisi tərəfindən saxlanılıb. Dindirmə zamanı o, pul köçürmələri həyata keçirdiyini etiraf edib. Məhkəmənin qərarı ilə o, həbs edilib”.

Rəcəbinin hesablarında çoxlu sayda şübhəli pul köçürmələrinin olması kəşfiyyatın diqqətini çəkib. O, Türkiyədə PUA çəkilişləri, Fələstin siyasətçilərinə qarşı əməliyyatlar və Suriya barədə məlumatların toplanması ilə məşğul olan MOSSAD agentlərinə pul köçürüb.

Teqlər: