Türkiyədə MOSSAD-a casusluq edənlər saxlanıldı

Türkiyədə MOSSAD-a casusluq edənlər saxlanıldı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Əmniyyəti Terrorla Mübarizə İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində MOSSAD-a casusluq edən 6 nəfər saxlanılıb, ardınca məhkəmənin qərarı ilə barələrində həbs qərarı verilib.

AzerTimes Türkiyə mediasına xəbər verir ki, saxlanılan digər bir nəfər isə şərti olaraq sərbəst buraxılıb.

Qeyd edək ki, bundan öncə də casus şəbəkəyə qarşı baş tutan əməliyyatda 7 nəfər saxlanılmışdı.

Teqlər: